Lahıc Azərbaycan Respublikasının İsmayıllı rayonu ərazisində, Bakı şəhərindən şimal-qərbdə 180 km aralıda yerləşən qəsəbədir. Bura Bakı-İsmayıllı avtomobil yolunun İsmayıllıya 12 km qalmış sağa dönüb 19km qət etməklə gəlmək olar. Yolları dağlar qoynundan keçir. Lahıc qədim yaşayış məskənidir.
Tarixi miladdan əvvəl IV əsrə gedib çıxır. Lakin tarixi mənbələrdə onun haqqında məlumarlara IX əsrin əlyazmalarında rast gəlinir. Məlum olur ki, onun yaşı 2000 ilə yaxındır. Burada Sasanilərdən əvvəl qədim alban tayfaları yaşamış, lakin sonralar IV-VI əsrlərdə Lahıc ərazisində İrandan köçürülmüş minlərlə ailə məskunlaşmışdır. Köçürülmüş gəlmə əhali sayca çox olduğundan yerli əhalinin dilində, adət ənənələrində, yaşayış tərzində əsaslı dəyişiklik baş vermişdir. Hal-hazırda yerli əhali lahıclılar, onların dili Lahıc dili adlanır. Lahıc dili İran mənşəli olan tat dilinin güclü deformasiyalara uğramış şəklidir. Bu dildə tat dilindən fərqli olan cəhətlər (boğaz səsləri və fərqli sözlər) çoxdur.
Lahıc qəsəbəsi ona çatmağa 1 km qalmış artıq görünür. O, hər tərəfdən dağların əhatəsindədir, adi vaxtlarda çox sakit, qarlar əriyərkən və güclü yağış zamanı coşan Girdmançayın sol sahilində yerləşir. Girdimançayın mənbəyi Babadağın ətəyindədir. Girdimançaya tökülən kiçik Kişlərçayda bir neçə mənzərəli şəlalə var. Lahıcdan təxminən 30-40 km aralıda Babadağ(3620km), yaxınlıqda isə Niyal, Fit, Qaban, Qart, Quzu döşü, Ağbulaq və Gümüşqala dağları əzəmətlə durur.
Dağlarında sərt qayalıqlar, sıldırım dərələr, daş abidələr diqqət çəkir. Meşələri çox zəngindir, ağaclar enliyarpaqlıdır. Müxtəlif heyvanlar- tülkü, ayı, çaqqal, canavar, dovşan və cürbəcür quşlar- kəklik, qartal, bülbül, ağacdələn və s. tez-tez rast gəlinir.
Lahıcın iqlimi mülayimdir. Dağlarda yerləşməsinə baxmayaraq, günəşli günlərin sayına görə ölkədə birinci yerlərdən birini tutur.
Lahıc qəsəbəsi iki hissədən ibarətdir: böyük Lahıc və Ərəgit. Qəsəbə qədim Şərq şəhərlərinə məxsus ənənəyə uyğun olaraq 7 məhəlləyə bölünür. Burada vaxtilə 7 məscid, 7 bulaq, 7 mədrəsə və 7 yüz ev olmuşdur.
Lahıcı Azərbaycanda və dünyanın bir sıra ölkələrində tanıdan xalq sənətkarlığı ənənələridir. Burada qədimdə 127 növ sənət (misgərlik, sərraclıq, papaqçılıq, dəmirçilik, həkkaklıq, duluzçuluq, xalçaçılıq, corab toxuculuğu və s.) inkişaf etmişdir.
Lahıc ustalarının əl işləri Azərbaycanın, Rusiyanın hətta Qərbi Avropanın bir sıra muzeylərində bu gün də nümayiş etdirilir.
Lahıcın bugünkü sənətkarları ata-babalarının sənətini davam etdirirlər. Müəyyən sənət növləri unudulsa da, misgərlər, xalçaçılar, dabbağlar, bənnalar, corab toxuyanlar, sərraclar və başqaları öz əl işlərini müştərilərə böyük həvəslə təklif edirlər.
Lahıcda onun tarixi keçmişi və mədəniyyətini nümayiş etdirən muzey fəaliyyət göstərir.
Lahıc qəsəbəsi yerli və xarici turistlərin maraq dairəsinə daxildir. Bura gələn turistlər üçün qrunt yol müəyyən çətinlik yaratsa da, onları burada Lahıc haqqında zəngin təəssürat və mənalı istirahət gözləyir.
Turistləri qarşılamaq və onlara xidməti təşkil etmək üçün Lahıc Turizm İnformasiya Mərkəzi yaradılmışdır. Bu mərkəzdə qonaqlar turist xidmətləri haqqında informasiya ala biləcəklər.
İnformasiya aşağıdakı xidmətlərə aid olacaq.
— qid (mədəni və ekoturizm)
— qonaq evləri (yataq və səhər yeməyi, 3 dəfə yemək)
— marşrutlar ( tarixi abidələr, sənətkarlıq emalatxanaları, bulaqlar, şəlalələr, pikniklər, dağlar, at gəzintisi və s.)
— iaşə obyektləri (hər vaxta uyğun yemək)
— əlavə xidmətlər (müalicəvi hamam, arıçı ilə tanışlıq, videoçəkiliş, çadır və s.)
Not: Bu xidmətlərin yüksək səviyyədə təşkili üçün Turizm İnformasiya Mərkəzinə 2-3 gün qabaq xəbər verilməlidir. Bu mümkün olmazsa bele, Mərkəz bacardığını edəcəkdir ki, qonaqların istirahətini maksimum dərəcədə səmərəli şəkildə təşkil etsin.
tel : +994506777517 , +994556777517
e-mail: lahij.tourizm@mail.ru, dadashaliyev@yahoo.com
Lahic Turizm İnformasiya Merkezi -- Dadaş Əliyev

Uygun fiyata web sitenizi çirkinlikten kurtarabiliriz
YanıtlaSil