Müharibənin ən ağır anı idi. Bir əsgər dostunun qan içində yerə yıxıldığını gördü. Əsgər tez komandirin yanına gəlir və deyir: — Komandir icazə verin gedim dostumu gətirim. — Dəli olmusan?! Getməyə dəyməz. Dostun dəlik-deşik olub, bəlkə də ölüb. Öz həyatını təhlükəyə atma! Əsgər israr edirdi, sonra komandir əsəbləşərək deyir: — Yaxşı, get! Necə olursa əsgər yaralanmış dostunu yıxıldığı yerdən gətirə bilir. Birlikdə qayıtsalar da dostu ölür. Komandir əsgərə deyir: — Sənə dəyməz demişdim. Dostun sonda öldü, öz həyatını boş yerə təhlükəyə atdın, dəyərdi buna? — Dəyərdi, komandir, dəyərdi. Mən onu gətirəndə o hələ ölməmişdi. Onun son sözləri mənim üçün dünyaya dəyərdi. «Son sözü nə oldu?» -deyə komandir soruşur. Əsgər isə hıçqıraraq dostunun son sözlərini təkrarladı: — MURAD, GƏLƏCƏYİNİ BİLİRDİM…
Karabağ Azerbaycandır!