Ana içeriğe atla

Kayıtlar

Lahıctur QHT etiketine sahip yayınlar gösteriliyor

Lahıc Turizmin (LahijTour) Gələcək Üçün Planları

2002-ci ildə biz ilk dəfə Lahıcdan iki nümayəndə Tiflisə getdik, turizm üzrə seminarda olduq və 2003-cü ilin yanvar ayında "Lahıctur" adlanan QHT yaratdıq. Təzə yarananda problemlərin həlli ilə bağlı planlar çox idi. Əsas problemlər ondan ibarət idi ki, Lahıcın boşalmaq təhlükəsi var, burada yaşamaq və pul qazanmaq çətindir, gənclər qalmaq istəmir, yaşamaq şərtləri zordur, yol bərbaddır, elektrik təchizatı zəifdir və qaz xətti çəkilməyib. Bu problemlərin həlli o zaman olardı ki, bura maraq artsın, yerli əhalinin məşğuliyyəti olsun, gənclər Lahıcdan üz çevirməsinlər. Lahıcda yaşayanlar yaxşı bilir ki, bura aqrar təsərrüfat üçün heç də əlverişli deyil, otlaq və əkin sahələri azdır, qışı sərt və uzundur.