Manaf Süleymanov yazıçı, nasir, tərcüməçi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədidir. (1942) 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Lahıc məktəbində təhsil aldıqdan sonra Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirmiş (1930), sonra M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsində təhsil almışdır (1932-1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını almışdır. Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlamışdır. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olmuşdur. O, 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi fəxri adına layiq görülmüşdür. Manaf Süleymanov eyni zamanda " Azerbaycan Diyarı-Lahıc-Etnoqrafik-Bedii Lövheler " adlı Lahıcla bağ...
Karabağ Azerbaycandır!