Ana içeriğe atla

Kayıtlar

Pul etiketine sahip yayınlar gösteriliyor

Meymunlar Da Pulu Çox Sevdilər

ABŞ-ın Yale Universitetinin alimləri kapuçin meymunlarına pulla davranmağı öyrədincə, çox maraqlı nəticələr əldə olundu. Meymunlar insanlar təki pulları hesablayaraq xərcləməyə başladılar, sonra isə pul müqabilində özlərini başqa meymunlara satmağa başladılar. Universitetin iqtisadçısı Keyt Çen və psixoloq Lauri Santos dünyanın ən tez əhilləşən və təlim edilən meymunları olan kapusin meymunlarına pulla davranmağı öyrənmək istədilər. "Kapusinlər yemək yemək və cütləşməyə meylli kiçik beyinə sahib meymunlardır. Qarşılarına çıxan hər qidanı yeyirlər. Onları səhərdən axşama qədər yemləmək olar: yediklərini qusub, təkrarən yemək üçün yanınıza gələcəklər"- Santos deyib. Alimlər meymunlara pulla davranmağı, pulun müqabilində üzüm, alma və marmelad almağı öyrətdilər. Çen kapuçin meymunlara gerçək pul əvəzinə ortası deşik gümüş disklər verdi. Meymunlara disklərdən meyvə ala bilmək üçün istifadə etmək 7 aya öyrədildi, Təlimlər başa çatandan sonra meymunlar