Ana içeriğe atla

Kayıtlar

Fonetik Vurğu etiketine sahip yayınlar gösteriliyor

Azərbaycan Dilində Vurğunun Praktik Məsələləri

Əliyev Dadaş Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Azərbaycan dilinin öyrənilməsi, onun şifahi və yazılı nitq vərdişlərinin aşılanması, dilimizin inkişaf etmiş dünya dilləri ailəsinə daxil olması və onun həyatımızın bütün sahələrini əhatə etməsi Azərbaycan dilinin mühüm problemlərini araşdıranların və tədrisi ilə məşğul olanların vəzifələrinə daxildir. Azərbaycan dilinin mükəmməl şəkildə öyrənilməsi müxtəlif istiqamətli didaktik çalışmalardan keçir. Ana dilində danışan və yazan adamların nitqində olan qüsurlar şifahi və yazılı nitq vərdişlərinin daima təkmilləşdirilməsini tələb edir. Bu faktla barışmaq olmur ki,  nəinki radio və televiziya kanallarının dəvətliləri, həmçinin aparıcıları da sözlərin düzgün tələffüzü və vurğusu ilə bağlı bağışlanmaz səhvlərə yol verirlər. Bütün bu səhvlərin kökünü orta və ali məktəblərdə dilimizin tərkib hissəsi olan fonetika bəhsi öyrənilərkən orfoepik qaydalara və vurğu mövzusuna kifayət qədər diqqət yetirilməməsində və geniş