Ana içeriğe atla

Kayıtlar

Ekologiya Pozğunluğu etiketine sahip yayınlar gösteriliyor

Su Həyat Mənbəyidir

Əziz dostum... Sənə bu məktubumda elə bir mühüm şeydən danışacağam ki, onsuz nə  həyat, nə bitkilər, nə heyvanlar yaşaya bilməz, bir sözlə həyat mümkün olmaz. Biz onu hər gün içirik, onunla yuyunur, təmizlik yaradırıq. Yəqin bildin,  demək istədiklərim su haqqındadır.  Bir adama dua edəndə də  “su qədər ömrün olsun”deyirik  Hələ lap qədim zamanlarda ulu babalarımız   “İnsan sudan və torpaqdan yaranıb“ demişlər. Hər şeydən təmiz sudur, hər şey su ilə təmizlənir kimi deyimlər də var. Su  paklıq, təmizlik, təravət rəmzidir.Onlar torpağı “ata”, suyu  isə  “ana” adlandırmışlar . Həmişə aydın görünən hər bir şeydə nəsə  bir sual olur. Elə suya aid də belə bir sual yaranır. Su nədir? Yoxsa allahın insanlara, kainata bəxş etdiyi hər zərrəsi milyonlara bərabər bir möcüzəmi? Lahıc Su, doğrudan da, möcüzədir. Qədim yunan filosofu Pifaqor suyun xəstə orqanizminə müsbət təsirini göstərmiş, Hippokrat isə suyun soyuducu və qızdırıcı təsirlərini müəyyən etmişdir. Su ətraf aləm üçün mühüm həya