Ana içeriğe atla

Kayıtlar

Azərbaycan etiketine sahip yayınlar gösteriliyor

Lahıc Turizm İnformasiya Merkezi

Lahıc Azərbaycan Respublikasının İsmayıllı rayonu ərazisində, Bakı şəhərindən şimal-qərbdə 180 km aralıda yerləşən qəsəbədir. Bura  Bakı-İsmayıllı avtomobil yolunun İsmayıllıya 12 km qalmış sağa dönüb 19km qət etməklə gəlmək olar. Yolları dağlar qoynundan keçir. Lahıc qədim yaşayış məskənidir.  Tarixi miladdan əvvəl  IV əsrə gedib çıxır. Lakin tarixi mənbələrdə onun haqqında məlumarlara IX əsrin əlyazmalarında rast gəlinir. Məlum olur ki, onun yaşı 2000 ilə yaxındır. Burada Sasanilərdən əvvəl qədim alban tayfaları yaşamış, lakin sonralar IV-VI əsrlərdə Lahıc ərazisində İrandan köçürülmüş minlərlə ailə məskunlaşmışdır. Köçürülmüş gəlmə əhali sayca çox olduğundan yerli əhalinin dilində, adət ənənələrində, yaşayış tərzində əsaslı dəyişiklik baş vermişdir. Hal-hazırda  yerli əhali lahıclılar, onların dili Lahıc dili adlanır. Lahıc dili İran mənşəli olan tat dilinin güclü deformasiyalara uğramış şəklidir. Bu dildə tat dilindən fərqli olan cəhətlər (boğaz səsləri və fərqli sözlər) çoxdur.

Sənətkarlar Yurdu Qədim Lahıcın Novruz Ənənələri

Dünyada baş verən  qlobal dəyişikliklərin və qloballaşma adlandırılan bir prosesin fonunda Azərbaycan xalqının ənənəvi məişət və mədəniyyət məsələlərinin tədqiqi milli özünütəsdiq və özünütanıtma baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Azərbaycan xalqının etnokulturoloji məsələlərinin öyrənilməsi elmimizin humanitar istiqamətində geniş vüsət alıb. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki , tədqiqat obyektinin təkcə böyük bir etnos kimi Azərbaycan xalqının deyil , həm də Azərbaycan  ərazisində kompakt şəkildə yaşayan milli azlıqların olmasıdır.  Bu baxımdan Azərbaycanda yaşayan talış, ləzgi ,tat , lahıc , xınalıq , avar , udin və digər azsaylı xalqların məişəti və mədəni həyatının  özünəməxsusluqları  həm yerli , həm də xarici alimlərin maraq dairəsinə daxil olmuş və folkloristika elmində  yeni bir istiqamətin yaranmasına səbəb olmuşdur.Azərbaycanda yaşayan xalqların birgə yaşayışı onlar üçün ortaq mənəvi dəyərlərin formalaşmasına, əksər bayramların və digər mərasimlərin birgə