Ana içeriğe atla

Kayıtlar

Böyük Əruzşünas etiketine sahip yayınlar gösteriliyor

Lahıc Alimleri - Böyük Əruzşünas Əkrəm Cəfər

Əkrəm Cəfər 1905-ci ilin may ayında İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyur. 1920-ci ilni oktyabrında Bakıya gələrək "Darlmüəllimin"ə daxil olur. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış etmişdir. 1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilmişdi. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə girmiş, 1932-ci ildə oranı bitirmişdir. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanmış və aspiranturaya qəbul edilmişdir. Ə. Cəfər təhsil almaqla yanaşı 1929-1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olmuşdur. O, M. Qorki adına Ədəbiyyat