Ana içeriğe atla

Kayıtlar

Lahıc Turizm İnformasiya Mərkəzi etiketine sahip yayınlar gösteriliyor

Lahıc Turizm İnformasiya Mərkəzi Əlaqə

Əziz qonaqlar Lahıcda, Yerləşdirmə, gəzinti, yemək, nəqliyyat, at gəzintisi, piknik yerləri və s.xidmətlərdən istifadə etmək üçün muzeyin yanında yerləşən Lahıc Turizm İnformasiya Mərkəzinə habelə digər əlaqə telefon və e-mail ünvanlara müraciət edə bilərsiniz: tel : +994506777517 , +994556777517 e-mail: lahij.tourizm@mail.ru, dadashaliyev@yahoo.com Habelə, Lahıc Turizm İnformasiya Mərkəzi və Lahıc ilə bağlı ətraflı məlumatı buradaki linkdən alabilərsiniz.

Lahıc Turizmin (LahijTour) Gələcək Üçün Planları

2002-ci ildə biz ilk dəfə Lahıcdan iki nümayəndə Tiflisə getdik, turizm üzrə seminarda olduq və 2003-cü ilin yanvar ayında "Lahıctur" adlanan QHT yaratdıq. Təzə yarananda problemlərin həlli ilə bağlı planlar çox idi. Əsas problemlər ondan ibarət idi ki, Lahıcın boşalmaq təhlükəsi var, burada yaşamaq və pul qazanmaq çətindir, gənclər qalmaq istəmir, yaşamaq şərtləri zordur, yol bərbaddır, elektrik təchizatı zəifdir və qaz xətti çəkilməyib. Bu problemlərin həlli o zaman olardı ki, bura maraq artsın, yerli əhalinin məşğuliyyəti olsun, gənclər Lahıcdan üz çevirməsinlər. Lahıcda yaşayanlar yaxşı bilir ki, bura aqrar təsərrüfat üçün heç də əlverişli deyil, otlaq və əkin sahələri azdır, qışı sərt və uzundur.