2002-ci ildə biz ilk dəfə Lahıcdan iki nümayəndə Tiflisə getdik, turizm üzrə seminarda olduq və 2003-cü ilin yanvar ayında "Lahıctur" adlanan QHT yaratdıq. Təzə yarananda problemlərin həlli ilə bağlı planlar çox idi. Əsas problemlər ondan ibarət idi ki, Lahıcın boşalmaq təhlükəsi var, burada yaşamaq və pul qazanmaq çətindir, gənclər qalmaq istəmir, yaşamaq şərtləri zordur, yol bərbaddır, elektrik təchizatı zəifdir və qaz xətti çəkilməyib. Bu problemlərin həlli o zaman olardı ki, bura maraq artsın, yerli əhalinin məşğuliyyəti olsun, gənclər Lahıcdan üz çevirməsinlər. Lahıcda yaşayanlar yaxşı bilir ki, bura aqrar təsərrüfat üçün heç də əlverişli deyil, otlaq və əkin sahələri azdır, qışı sərt və uzundur.
Odur ki, yerli əhali ilə müxtəlif görüşlər, siyalılarla söhbətlər və hakimiyyət struktuları ilə müzakirələr bu nəticəyə gətirdi ki, Lahıcın yaşaması, qorunması və gənclərin buranı tərk etməməsinin yalnız bir yolu var: hər kəsi maraqlandıra biləcək Lahıcın turist potensialından istifadə edərək bura turist axınını gücləndirmək. Bu yolda ilk addım Turizm İnformasiya Mərkəzi yaratmaq oldu.Onun qarşısında aşağıdakı məqsədlər vardı:
• turizmə aid məlumatların toplanması və sistemləşdirilməsi
• tur marşrutların hazırlanması
• dürüst və vahid məlumatların verilməsi
• turist xidmətlərinin nümunəvi təşkili
• turist xidmətlərinin keyfiyyətinin və növlərinin artırılması
• turist axının güclənməsi
• yerli əhalinin əlavə qazanc mənbələrinin yaranması
• işsizlik probleminin həlli istiqamətində müəyyən addımların atılması
• infrastrukturun nisbətən yaxşılaşdırılması

Yorumlar
Yorum Gönder