Sözlərdə hecalardan birinin digərlərinə nisbətən daha qüvvətli deyilməsinə heca vurğusu deyilir. Üzərinə vurğu düşən hecaya isə vurğulu heca deyilir. Azərbaycan dilində vurğu adətən söz sonuna düşür. Söz şəkilçi qəbul ederkən vurğu adətən şəkilçinin üzərinə keçir.
Məsələn:
çiçək - çiçəklər - çiçəklərdən
məktəb - məktəbli - məktəblilər - məktəblilərdən
Buna baxmayaraq dilimizdə bir sıra şəkilçilər var ki onlar vurğu qebul etmirlər. Bu məqalədə Azərbaycan dilində vurğu qebul etməyən şəkilçilər incələnəcək ve bu şekilçilərin hansı hallarda vurğu qebul edib hansı hallarda vurğu qebul etmediyi araşdırılacaqdır. Eyni zamanda bildirmək istəyirəm ki vurğu ilə bağlı daha geniş və ətraflı məlumat üçün Azərbaycan Dilində Vurğunun Praktik Məsələləri adlı məqaləyə də nəzər yetirə bilərsiniz.
1. İsimlərdəki şəxs(xəbərlik) şəkilçiləri
Məsələn:
müəli'məm
müəli'msən
müəli'mdir
müəli'mik
müəli'msiniz
müəli'mdirlər
Qeyd: -dır4 şəkilçisi təsirsiz feldən təsirli fel ve icbar növ düzəldərkən vurğu qəbul edir.
Məsələn: gəzdi'r, yazdı'r, sildi'r və s.
2. -ın4 əmr şəklinin II ş.c. kimi işlənərkən vurğu qəbul etmir.
Məsələn: a'lın, gə'lin, ba'xın
Qeyd: -ın4 mənsubiyyət, yiyəlik, leksik şəkilçi kimi işləndikdə vurğu qəbul edir.
Məsələn: (sənin) kitabı'n, uşağı'n ayaqqabısı, əki'n, səpi'n və s.
3. -sa2 şərt şəkilçisi kimi fel kökünə vəya başlanğıc formasına artırıldıqda vurğu qəbul edir.
Məsələn: alınsa', olsa', deyilsə', gəlsə'və s.
4. idi, imiş, isə hissəciklərinin qısaltma formaları fellərə ve ya adlara qoşulduqda vurğu qəbul etmir.
Məsələn: gəli'rdi, gəli'rmiş, gəli'rsə
5. Felin zaman və şəkil əlamətlərindən sonra artırılan şəxs şəkilçiləri vurğu qəbul etmir.
Məsələn: alaca'ğam, almalı'san, alası'dır və s.
6. -la2 şəkilçisi isimlərdən fel düzəldərkən vurğu qəbul edir.
Məsələn: başla', işlə', gözlə'və s.
Qeyd: -la2 şəkilçisi zərf düzəldərkən ve ilə qoşmasının şəkilçiləşmiş formasında vurğu qəbul etmir.
Məsələn: zo'rla, zarafa'tla, ata'mla, dostu'mla və s.
7. Şühudi keçmiş zaman əmr, şərt şəkillərindən sonra III ş.c. bildirən -lar şəkilçisi vurğu qəbul edir.
Məsələn: gəldilə'r, oxusunla'r, gəlsələ'r və s.
8. -ma2 inkar şəkilçisi vurğu qəbul etmir.
Məsələn: gə'lmə, apa'rma, ve'rmə və s.
Qeyd: -ma2 feldən isim düzəldən şəkilçi kimi işləndikdə vurğu qəbul edir.
Məsələn: süzmə', qovurma', dondurma', bölmə'və s.
Qeyd: Qeyri-qəti gələcək zamanın inkarında vurğu -m inkar şəkilçisi işlənən hecaya düşür.
Məsələn: gəlmə'rəm, oxuma'zsan və s.
9. -ca2 şəkilçisi zərf düzəldən şəkilçi kimi və sifətin çoxaltma dərəcəsi kimi işləndikdə vurğu qəbul edir.
Məsələn: zorbaca', balaca' və s.
Qeyd: -ca2qoşma kimi və modal sözün əlaməti kimi çıxış etdikdə vurğu qəbul etmir.
Məsələn: mə'ncə, fikri'mcə, dərya'ca
Qeyd: -ca2 şəkilçisi ru'sca, tü'rkçə və s. tipli sözlərdə vurğu qəbul etmir.
10. -madam2 şəkilçisi vurğu qəbul etmir.
Məsələn: oxu'madan, gə'lmədən və s.
11. -arken2 şəkilçisinin II hecası vurğu qəbul etmir.
Məsələn: gələ'rkən, gedə'rkən və s.
12. -a, -yev, -ova, -yeva şəkilçiləri vurğu qəbul etmir.
Məsələn: Həsə'nov, Əli'yev, Mura'dova, Vəli'yeva və s.
13. -casına2 zərf düzəldən şekilçi vurğu qəbul etmir.
Məsələn: qəhrəma'ncasına, düşüncəsi'zcəsinə
14. -mı4 sual ədatı vurğu qəbul etmir.
Məsələn: yazı'mmı, gəldilə'rmi və s.
15. -dək2, -can2 şəkilçiləşmiş qoşmaları sözə qoşularaq vurğu qəbul etmir.
Məsələn: səhərə'dək, eve'cən və s.
16. Sifətin çoxaltma dərəsinin yaranmasında fəal iştirak edən m, p, r, s ünsürlərini qəbul etmiş sözlərdə vurğu birinci hecaya düşür.
Məsələn: qı'pqırmızı, gö'mgöy, sa'psarı, tə'rtəmiz və s.
17. -lar2 cəm şəkilçisi vurğu qəbul edir
Məsələn: kitabla'r, şagirdlə'r və s.
Son olaraq qeyd etmək lazımdır ki Azərbaycan dilində bəzi sözlərdə sözün işlədildiyi yerə bağlı olaraq vurğunun yeri dəyişə bilər.
Məsələn:
Müəlli'm evə tapşırıq verdi.
Müə'llim, mən gəlim?
ətraflı məlumat üçün Azərbaycan Dilində Vurğunun Praktik Məsələləri adlı məqaləyə də nəzər yetirə bilərsiniz.
Sonluqlar da olsa pis olmaz
YanıtlaSilYalan deme azz🤣🤣
SilMdlecnecəcüləevmüvvü
YanıtlaSilOkkkk
YanıtlaSilela
YanıtlaSilamma tam deyil
Yalan demedaaa ollem azzz bambili🤣🤣🤣
Silsalam bəzi şəkilçiləri də yazsanız əla olar ama bu da pis deyil🫰
YanıtlaSilAmma da 2 m var oy can ay cannnn oooo yesss😂🤣
Silnə danisirsan sen Allah
SilHammi kefdedi😂
YanıtlaSilDüşüy🗿
SilBu baxıram mezelenır cammatnan
YanıtlaSilNe danisirsiniZ
YanıtlaSil