Ana içeriğe atla

Kayıtlar

Qani Məmmədov etiketine sahip yayınlar gösteriliyor

Lahıc Alimleri - Qani Mirzəməmməd oğlu Məmmədov

Görkəmli alim, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor Məmmədov Qani Mirzəməmməd oğlu... 1925-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində misgər ailəsində anadan olmuşdur. Lahıc məktəbini bitirmişdir. Azərbaycan Sənaye İnstitutunun inşaat fakültəsini və Moskva İnşaat Mühəndisləri İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutda aspiranturanı bitirmiş və namizədlik diserta-siyasını müdafiə etmişdir. 1953-cü ildə onu Azərbaycana dəvət edirlər və elə o vaxtdan Politexnik İnstitutun-da inşaat konstruksiyaları kafedrasının dosenti, 1960-cı ildən dəmir-beton kafedra-sının müdiri işləmişdir. Müxtəlif illərdə həmin institutda tədris işləri üzrə prorektor, dekan, elmi-tədqiqat şöbəsinin müdiri işləmişdir. Bakıda, indiki Azadlıq meydanı ətrafında və Azərbaycanın digər yerlərində bir sıra çoxmərtəbəli binaların layihəsini vermişdir. 1980-ci ildə ona “ Əməkdar Elm Xadimi ” fəxri adı verilmişdir.