Əməkdar Elm Xadimi İbrahim Səfər oğlu Müslümov 1922-ci ildə Lahıcda anadan olmuşdur. Lahıc məktəbində təhsilini başa vurandan sonra 1940-cı ildə pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Bundan sonra Abşeronun Zabrat kəndində ibtidai məktəbin müdiri işləmişdir. Elə buradan da cəbhəyə yola düşmüşdür. 1941-ci ildə cəbhəyə gedən İbrahim 1945-ci ildə evə qayıdır. Bir neçə dəfə yaralanmış, orden və medallarla təltif olunmuşdur. Cəbhədən qayıtdıqdan sonra Leninqrad Universitetinə oxumağa göndərilir və buranı əla qiymətlərlə bitirir. 1951-ci ildən pedaqoji fəaliyyətə başlayır.M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı institutunda işləməklə eyni zamanda Ümumittifaq Qiyabi Hüquq İnstitutunda mühazirələr oxuyur. 1956-cı ildə M.V.Lomonosov adına MDU-da namizədlik dissertasiyası müdafiə etmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru , professor alimlik dərəcəsi alır. Müharibədə "Qırmızı U
Karabağ Azerbaycandır!