Ana içeriğe atla

Lahıc Alimleri - Böyük Əruzşünas Əkrəm Cəfər

Əkrəm Cəfər 1905-ci ilin may ayında İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyur.

1920-ci ilni oktyabrında Bakıya gələrək "Darlmüəllimin"ə daxil olur. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış etmişdir.

 Böyük Əruzşünas Əkrəm Cəfər

1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilmişdi. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə girmiş, 1932-ci ildə oranı bitirmişdir. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanmış və aspiranturaya qəbul edilmişdir.

Ə. Cəfər təhsil almaqla yanaşı 1929-1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olmuşdur. O, M. Qorki adına Ədəbiyyat institutu, Moskva vilayəti axşam və qiyabi pedaqoji institutlarında da ümumi dilçilik fənnini tədris etmişdir.

1935-ci ildə aspiranturanı bitirərək Moskvada iki ilə yaxın elmi işçi vəzifəsində çalışmışdır. 1937-ci ildə Bakıya qayıdan Ə. Cəfər əvvəlcə Azərbaycan Pedaqoji institutunda, sonra isə Azərbaycan Dövlət Universitetində kafedra müdiri olmuşdur.

Əkrəm Cəfər Azərbaycan ədəbi dilinin tədqiqi sahəsində səmərəli fəaliyyət göstərmişdir. O, 1941-ci ildə "XX əsr Azərbaycan ədəbi dilinin inkişaf mərhələri" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-cu ildə isə "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu ərəb, fars, türk, tacik və özbək əruzları ilə müqayisədə" adlı dissertasiyanı müvəffəiyyətlə müdafiə edərək filoloji elmlər doktoru adı almışdır.

Əkrəm Cəfər "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarını və bir çox elmi tədqiqat əsərlərinin və məqalələrin müəllifidir. "Azərbaycan dilinin izahlı lüğəti"nin çapa hazırlanmasında onun də böyük əməyi vardır. O, bir şərqşünas alim kimi bir sıra beynəlxalq simpozium və konfransların iştirakçısı olmuşdur.

Əkrəm Cəfər 1954-cü ildən Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda, sonra isə Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır.

1991-ci il avqustun 18-də Bakıda vəfat etmişdir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan Dilində Vurğu Qəbul Etmeyen Şekilçiler

Sözlərdə hecalardan birinin digərlərinə nisbətən daha qüvvətli deyilməsinə heca vurğusu deyilir. Üzərinə vurğu düşən hecaya isə vurğulu heca deyilir. Azərbaycan dilində vurğu adətən söz sonuna düşür. Söz şəkilçi qəbul ederkən vurğu adətən şəkilçinin üzərinə keçir. Məsələn: çiç ə k - çiçəkl ə r - çiçəklərd ə n məkt ə b - məktəbl i - məktəblil ə r - məktəblilərd ə n Buna baxmayaraq dilimizdə bir sıra şəkilçilər var ki onlar vurğu qebul etmirlər. Bu məqalədə Azərbaycan dilində vurğu qebul etməyən şəkilçilər incələnəcək ve bu şekilçilərin hansı hallarda vurğu qebul edib hansı hallarda vurğu qebul etmediyi araşdırılacaqdır. Eyni zamanda bildirmək istəyirəm ki vurğu ilə bağlı daha geniş və ətraflı məlumat üçün Azərbaycan Dilində Vurğunun Praktik Məsələləri adlı məqaləyə də nəzər yetirə bilərsiniz.  1. İsimlərdəki şəxs(xəbərlik) şəkilçiləri Məsələn: müəli'məm müəli'msən müəli'mdir müəli'mik müəli'msiniz müəli'mdirlər Qeyd: -dır4 ...

Ağaçlar Kireçle veya Badana İle Neden Boyanır?

Ağaçlar kireçle boyanmasının veya badana yapılmasının hem çevreye hem de doğaya, ağaçlara faydası var. Bu makalede bu geleneği enine boyuna tartışmaya çalıştık. Ağaca zarar veren mikrop ve bakterileri öldürür. Ağacı çok aşarı soğuk havalarda ve çok aşırı sıcak havalarda korur. Ağacın çürümesini ve kurtlanmasını önler. Ağacın gövdesinin alabileceği zararları en az düzeyde düşürmeyi sağlar. Hoş, güzel, hijyenik, temiz pırıl pırıl bir görüntü oluşturur. Ayrıca çok sıcak havalarda da ağacı yanmaya karşı korumak. En büyük etkisi soğuk havalarda ağacı don vurmalarına karşı korumak . Küresel ısınma göz önüne alındığında mevsim değişiklikleri ani don, ani ısı artışları ve azalışları sonucunun doğuracağı etkenler için yararlı etkin bir yöntem. Gövdeden obur dalların çıkmasını azaltmak için sürülür. Kireçleme ağaçları güneş yanığından korumak için yapılıyor. Ağaçlar da güneşten yanabiliyorlar. Bu arada odun dokudaki gözenekleri doldurarak kapattığı için, zararlıların yuv...

Sözlerde Vurğunun Yerini Necə Tapmaq Olar?

Azərbaycan dilindəki her hansı sözdə vurğunun yerini tapmaq üçün sözü hecalara ayırmadan nisbətən qüvvətli demək lazımdır. Çünki vurğulu heca tələffüz zamanı özünü asanlıqla biruzə verir. Onu da bilmək lazımdır ki, hecalara ayrılarkən sözdəki bütün hecalar eyni tonda tələffüz olunur. Vurğunu asand tapmaq üçün sözü sərbəst şəkildə tələffüz edib, hecaları nisbətən qüvvətli demək lazımdır. Tələffüz zamanı vurğu ilə bərabər sözün düzgün tələffüzü üst-üstə düşərsə bu heca vurğulu hecadır. Bu açıqlamalardan sonra qısaca sözlərdə vurğunu yerini nece tapmaq olar sualının cavablaya bilmək üçün vurğunun məntiqini başa düşmək lazımdır. Vurğu sözdə bir hecanın digər hecalara görə daha qüvvətli deyilməsinə deyilir. Onda vurğunun yerini düzgün tapmaq üçün sırayla sözdeki bütün hecalar digərlərinə nisbətən daha qüvvətli tələffüz olunur. Eger bu qüvvətli tələffüzlərdən biri bu sözün normal tələffüzü ilə örtüşərsə, onda bu heca vurğulu hecadır. Qeyd edek ki, sözlərdə vurğu '  işarəsi ilə göstər...