Ana içeriğe atla

Lahıc Alimleri - Şövkət Şahbaz qızı Səlimova (Azərbaycanın ilk qadın gəmi kapitanı)

Şövkət Şahbaz qızı Səlimova ilk azərbaycanlı qadın gəmi kapitanı, iqtisad elmləri namizədi, dosent, ictimai xadim, II Dünya Müharibəsinin iştirakçısıdır.

1920-ci il dekabrın 25-də ismayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Lahıc məktəbini bitirdikdən sonra 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir.

Şövkət Şahbaz qızı Səlimova

Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. O, həm də dünyanın ilk qadın gəmi kapitanı olaraq tanınır.

1954-74 illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitunda dosent, prorektor və kafedra müdiri, 1964 ildən Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri işləmişdir. "Qırmızı Ulduz" və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif edilmişdir.

1999-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Yorumlar