Ana içeriğe atla

Lahıc Alimleri - Mirdaməd Mirsadıq oğlu Sadıqov

Lahıcın fexri, Böyük alim, Əməkdar Elm Xadimi, İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı Mirdaməd Sadıqov...

Mirdaməd Sadıqov 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxuyub, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakultəsinin “Maliyyə” ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakultəni əla qiymətlərlə bitiribr. O, elə həmin ildə də İnsititutun “Maliyyə-kredit” kafedrasına işə qəbul olunub, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş pereporator, 1972-ci ildən 1977-ci ilə qədər “laborant” və “baş laborant” vəzifəsinə təyin edilib.

Mirdaməd Sadıqov

1977-ci ilin noyabr ayının 2-də Azərbaycan Xalq Təsərrüfatı İnsititutunun Komsomol komitəsinin katibi seçilib və 1982-ci ilin sentyabr ayının 10-dək bu vəzifədə çalışıb.

1973-cü ildən 1977-ci ilə qədər həmin insititutun “Maliyyə-kredit” kafedrasının aspiranturasında oxuyub və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisadiyyat elmlər namizədi adına layiq görülüb. Əməkdə fərqləndiyinə görə 1980-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə “Əmək vəşadətinə ” görə medalı ilə təltif olunmuş, 1981-ci ildə SSRİ Ali və orta ixisas Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülüb.

1982-ci ilin 10 sentyabr tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnsititutu “Maliyyə -kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat fakultəsinin dekanı vəzifəsinə təyin edilib, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dossenti seçilib və 1988-ci ilin iyul ayının 8-nə qədər qeyd olunan vəzifələrdə işləyib.

1988-ci ilin iyul ayının 8-dən Bakı “Maliyyə-kredit” texnikumunun direktoru vəzifəsinə təsdiq olunaraq 1992-ci ilə qədər bu işdə çalışıb, texnikumun Azərbaycan Maliyyə-iqtisad kollecinə çevrilməsi ilə əlaqədar 1992-ci ilin aprel ayının 8-dən 1999-cu ilin iyul ayının 27-nədək kollecin direktoru vəzifəsinə təyin edilib.

1993-cü ilin mart ayından Yeni Azərbaycan partiyasının üzvüdür. 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış “Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi” nin icraçı direktorudur.

1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnsitituna prorektor vəzifəsinə təyin edilib.

2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 

2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsindən YAP-nın Mərkəzi Şurasının vahid namizədi kimi irəli sürülüb. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi” nin baş idarə rəisi vəzifəsində çalışıb.

2008-ci il noyabr ayının 21-dən Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. 

2 sentyabr 2010-cu il tarixdə Prezidentin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Mirdaməd Sadıqova “Əməkdar Elm Xadimi” fəxri adı verilib. 

2013-cü ilin fevral ayından İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı təyin olunmuşdur.
Mirdaməd Sadıqov Ailəlidir ve 4 övladı var..

Yorumlar

  1. Şəhadətim hamıya salam. Mən kömək üçün söz vermiş, lakin mənə heç vaxt kredit verməyən müxtəlif kredit verənlərdən bir neçə dəfə müraciət etdikdən sonra cənab Benjamindən borcumu necə əldə etdiyimi ifadə etmək üçün buradayam. Bir dostum məni Mr.Benjamin Lee ilə tanış etməyimə qədər mənə kömək edəcəyini vəd etdiyini və həqiqətən də heç bir gecikmədən vəd etdiyi kimi etdi. Həqiqətən də kömək edən cənab Benjamin Li ilə görüşənə qədər hələ də etibarlı kredit borc verənlərin olduğunu düşünməmişdim. kredit və inancımı dəyişdirdim. Həqiqi və təcili bir kreditə ehtiyacınız olub olmadığını bilmirəm, WhatsApp + 1-989-394-3740 və cənab Benjamin ilə əlaqə qurmaqdan azad olun və e-poçt: Lfdsloans@outlook.com təşəkkür edirəm.

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Azərbaycan Dilində Vurğu Qəbul Etmeyen Şekilçiler

Sözlərdə hecalardan birinin digərlərinə nisbətən daha qüvvətli deyilməsinə heca vurğusu deyilir. Üzərinə vurğu düşən hecaya isə vurğulu heca deyilir. Azərbaycan dilində vurğu adətən söz sonuna düşür. Söz şəkilçi qəbul ederkən vurğu adətən şəkilçinin üzərinə keçir. Məsələn: çiç ə k - çiçəkl ə r - çiçəklərd ə n məkt ə b - məktəbl i - məktəblil ə r - məktəblilərd ə n Buna baxmayaraq dilimizdə bir sıra şəkilçilər var ki onlar vurğu qebul etmirlər. Bu məqalədə Azərbaycan dilində vurğu qebul etməyən şəkilçilər incələnəcək ve bu şekilçilərin hansı hallarda vurğu qebul edib hansı hallarda vurğu qebul etmediyi araşdırılacaqdır. Eyni zamanda bildirmək istəyirəm ki vurğu ilə bağlı daha geniş və ətraflı məlumat üçün Azərbaycan Dilində Vurğunun Praktik Məsələləri adlı məqaləyə də nəzər yetirə bilərsiniz.  1. İsimlərdəki şəxs(xəbərlik) şəkilçiləri Məsələn: müəli'məm müəli'msən müəli'mdir müəli'mik müəli'msiniz müəli'mdirlər Qeyd: -dır4

Ağaçlar Kireçle veya Badana İle Neden Boyanır?

Ağaçlar kireçle boyanmasının veya badana yapılmasının hem çevreye hem de doğaya, ağaçlara faydası var. Bu makalede bu geleneği enine boyuna tartışmaya çalıştık. Ağaca zarar veren mikrop ve bakterileri öldürür. Ağacı çok aşarı soğuk havalarda ve çok aşırı sıcak havalarda korur. Ağacın çürümesini ve kurtlanmasını önler. Ağacın gövdesinin alabileceği zararları en az düzeyde düşürmeyi sağlar. Hoş, güzel, hijyenik, temiz pırıl pırıl bir görüntü oluşturur. Ayrıca çok sıcak havalarda da ağacı yanmaya karşı korumak. En büyük etkisi soğuk havalarda ağacı don vurmalarına karşı korumak . Küresel ısınma göz önüne alındığında mevsim değişiklikleri ani don, ani ısı artışları ve azalışları sonucunun doğuracağı etkenler için yararlı etkin bir yöntem. Gövdeden obur dalların çıkmasını azaltmak için sürülür. Kireçleme ağaçları güneş yanığından korumak için yapılıyor. Ağaçlar da güneşten yanabiliyorlar. Bu arada odun dokudaki gözenekleri doldurarak kapattığı için, zararlıların yuv

Medyan (Ortanca) Nedir? Nasıl Hesaplanır? Nerelerde Kullanılır?

Medyan işlemi olasılık hesaplamalarında sıkça kullanılan bir sayı dizisinin ortalamasını hesaplamak için alternatif yöntemlerden bir tanesidir. Ortanca medyan işleminin diğer adıdır. Matematiksel olarak medyan işlemi bir sayı dizisi küçükten büyüğe sıralayarak ortada kalan elemanı medyan değeri olarak belirleme işlemidir. Örnek verecek olursak: 2, 1, 5, 4, 5, 1, 2, 3, 5 serisi sıralanırsa 1, 1, 2, 2, 3, 4, 5, 5, 5 serisi elde edilir. Bu seri 9 elemanlı olduğundan ortadaki, yani 5. eleman (medyan) olacaktır. 5. eleman 3 sayısıdır. Yani ortanca değeri 3'dür Eleman sayısı tek sayı olan bir seride medyan değerin sırasının hesaplaması şu şekilde formüle edilir. Medyanın Sırası = (Eleman Sayısı + 1) / 2 Bu formülü yukarıdaki örneği uygulayacak olursak; Medyanın Sırası = (9 + 1) / 2 = 5 Veri serisi eleman sayısı bir çift sayı ise bu durumda serinin 2 medyanı olacaktır. Örneğin 2, 1, 5, 4, 5, 1, 2, 3, 5, 4 serisi sıralandığında 1, 1, 2, 2, 3, 4, 4, 5, 5, 5 s