Əziz dostum...
Sənə bu məktubumda elə bir mühüm şeydən danışacağam ki, onsuz nə həyat, nə bitkilər, nə heyvanlar yaşaya bilməz, bir sözlə həyat mümkün olmaz. Biz onu hər gün içirik, onunla yuyunur, təmizlik yaradırıq. Yəqin bildin, demək istədiklərim su haqqındadır. Bir adama dua edəndə də “su qədər ömrün olsun”deyirik
Hələ lap qədim zamanlarda ulu babalarımız “İnsan sudan və torpaqdan yaranıb“ demişlər. Hər şeydən təmiz sudur, hər şey su ilə təmizlənir kimi deyimlər də var. Su paklıq, təmizlik, təravət rəmzidir.Onlar torpağı “ata”, suyu isə “ana” adlandırmışlar . Həmişə aydın görünən hər bir şeydə nəsə bir sual olur. Elə suya aid də belə bir sual yaranır. Su nədir? Yoxsa allahın insanlara, kainata bəxş etdiyi hər zərrəsi milyonlara bərabər bir möcüzəmi?
Su, doğrudan da, möcüzədir. Qədim yunan filosofu Pifaqor suyun xəstə orqanizminə müsbət təsirini göstərmiş, Hippokrat isə suyun soyuducu və qızdırıcı təsirlərini müəyyən etmişdir. Su ətraf aləm üçün mühüm həyati amillərdən biridir. Hər şey sudan əmələ gəlir, su olan yerdə həyat da var. Həyatı susuz təsəvvür etmək olmaz. Həyat və su bir-birindən ayrılmazdır. Bu gün yediyimiz qidalar suyun sayəsində yetişir və süfrələrimizi bəzəyir. Hətta istifadəsi mümkün olmayan şor suların da bizim üçün əhəmiyyəti böyükdür. Dəniz və okeanlarda yaşayan heyvan və bitki aləmi, tükənməz istilik və enerji imkanlarına malikdir, ərzaq və xammal mənbəyidir. Sudan evlərimizn işıqlanmasını təmin edən su elektrik stansiyalarında və gəmi nəqliyyatında istifadə edilir. Fransız yazıçısı Antuan de Sent-Ekzyuperi demişdir: “Su, sənin nə tamın, nə rəngin nə də iyin vardır, lakin çox ləzzətlisən, səni təsəvvür etmək mümkün deyildir. Sən nəinki həyat üçün lazımsan, sən özün həyatsan.”
Hər adam orta hesabla bir gündə iki-iki onda beş litr su içir. Bu da o deməkdir ki, insan səkkiz gün aclığa davam gətirdiyi halda, susuzluğa yalnız üç gün davam gətirir. Suyun dəyərini daha yaxşı ona həsrət olanlar bilər. Bir inci saflığı olan suyu vəsf etmiş dahi Nizaminin “Xeyir və Şər ” hekayəsində təsvir olunananları göz önünə gətirək. Susuz səhrada yol getməli olan iki gəncin- Xeyir və Şərin əhvalatı çox ibrətamizdir. Bir damcı suya görə öz gözünü verməyə hazır olan Xeyrin başına gələnlər suyun nə qədər dəyərli olduğunu bir daha sübut edir. Təbiətdə çox şeyin əvəzedicisi var, lakin suyu heç nə əvəz edə bilməz. Su təkcə insanların yox, heyvanların, bitkilərin həyat fəaliyyəti üçün başlıca amildir.Bilirik ki, təbiətdə yayılmış ən bəsit kimyəvi formula malik olan bu maddə, bəlkə də həyatın əsasını təşkil edir. O, yer səthinin üçdə iki hissəsini təşkil edir. Suyun bu qədər çox yayılmasına baxmayaraq onun az hissəsi içməli sudur. Elə buna görə də ildən-ilə su çatışmamazlığı problemi artmaqdadır. Çünki insanlar və bütün canlılar yalnız şirin sudan istifadə edə bilir. Təbii suların çox hissəsi isə şordur. Bizə məlumdur ki, su təbiətdə daim dövran edir. O yer səthindən göyün üst qatlarına yığılır, sonra yağış, qar və dolu şəklində yerə qayıdır. Qışda hər yeri yorğan kimi bürüyən qar, küçələri örtən buz, yazda hər yerə ruzi-bərəkət bəxş edən yağış, yayın qızmar çağında ürəyi sərinləşdirən də sudur. Suyun gözəlliyini rəssamlar öz tablolarında, şairlər şeirlərində açıq surətdə göstərmişlər. Məsələn , M.Müşfiq yazıb:
Yağış yağır, rəqs eyləyir gur damlalar
İnci-inci, sıra-sıra nur damlalar.
Əbəs yerə, suyu nura bənzətməyiblər. Elə ona görə də gündəlik həyatımızda ən çox istifadə etdiyimiz şey də sudur. Axı, insanlar suyun əhəmiyyətini hələ çox qədimdən dərk etmiş və ona yüksək qiymət vermişlər. Ölkəmizdə yazın gəlişindən qabaq çərşənbələri qeyd edirlər. Məhz bunlardan biri də su çərşənbəsidir. Bu çərşənbədə səhər tezdən insanlar axar su üstünə gedər, ordan tullanar, təmiz sudan evə apararlar. Həmin su ilə evləri təmizləyərlər.
Hamı bilir ki, hər gün xeyli miqdarda istifadə etdiyimiz bizə və canlılara həyat verən su göründüyü qədər də çox deyil. Havanın və torpağın çirklənməsi insan üçün nə qədər təhlükədirsə, suyun çirklənməsi ondan da böyük təhlükə sayılmalıdır, çünki suyun tərkibində müxtəlif zəhərli kimyəvi maddələr, ona qarışan tullantılar canlıları asanlıqla zəhərləyə və xəstəliklər törədə bilir.
Müasir dövrdə əhalinin sürətlə artması və dünya təsərrüfatının inkişafı suya tələbatı artırır. Amma bu gün ürək yanğısı ilə deyə bilərəm ki, dünya su qıtlığından əziyyət çəkdiyi halda bizə verilən bu gözəl nemətin qədrini bilmir, su ehtiyatlarından düzgün istifadə etmir, suyun çirklənməsinin qarşısını almır, bəzən də özümüz bilərək özümüzə təhlükə mənbəyi yaradırıq. Bu gün çirkləndirdiyimiz suların nəticəsidir ki, atmosferdə ekologiya pozğunluğu yaranıb.
Biz dağlıq ərazidə yaşayırıq. Dağlarımızda diş donduran bulaqların, şırıltısı bir nəğmə təsiri bağışlayan kiçik çayların, daşla suyun vəhdətindən yaranmış şəlalələrin suyu olmasa ancaq adları qalacaq. Evlərimizə axan suya da qənaətlə yanaşmalı və onun bütün insanların sərvəti olduğunu unutmamalıyıq.
Sənə bu məktubumda elə bir mühüm şeydən danışacağam ki, onsuz nə həyat, nə bitkilər, nə heyvanlar yaşaya bilməz, bir sözlə həyat mümkün olmaz. Biz onu hər gün içirik, onunla yuyunur, təmizlik yaradırıq. Yəqin bildin, demək istədiklərim su haqqındadır. Bir adama dua edəndə də “su qədər ömrün olsun”deyirik
Hələ lap qədim zamanlarda ulu babalarımız “İnsan sudan və torpaqdan yaranıb“ demişlər. Hər şeydən təmiz sudur, hər şey su ilə təmizlənir kimi deyimlər də var. Su paklıq, təmizlik, təravət rəmzidir.Onlar torpağı “ata”, suyu isə “ana” adlandırmışlar . Həmişə aydın görünən hər bir şeydə nəsə bir sual olur. Elə suya aid də belə bir sual yaranır. Su nədir? Yoxsa allahın insanlara, kainata bəxş etdiyi hər zərrəsi milyonlara bərabər bir möcüzəmi?
Lahıc |
Hər adam orta hesabla bir gündə iki-iki onda beş litr su içir. Bu da o deməkdir ki, insan səkkiz gün aclığa davam gətirdiyi halda, susuzluğa yalnız üç gün davam gətirir. Suyun dəyərini daha yaxşı ona həsrət olanlar bilər. Bir inci saflığı olan suyu vəsf etmiş dahi Nizaminin “Xeyir və Şər ” hekayəsində təsvir olunananları göz önünə gətirək. Susuz səhrada yol getməli olan iki gəncin- Xeyir və Şərin əhvalatı çox ibrətamizdir. Bir damcı suya görə öz gözünü verməyə hazır olan Xeyrin başına gələnlər suyun nə qədər dəyərli olduğunu bir daha sübut edir. Təbiətdə çox şeyin əvəzedicisi var, lakin suyu heç nə əvəz edə bilməz. Su təkcə insanların yox, heyvanların, bitkilərin həyat fəaliyyəti üçün başlıca amildir.Bilirik ki, təbiətdə yayılmış ən bəsit kimyəvi formula malik olan bu maddə, bəlkə də həyatın əsasını təşkil edir. O, yer səthinin üçdə iki hissəsini təşkil edir. Suyun bu qədər çox yayılmasına baxmayaraq onun az hissəsi içməli sudur. Elə buna görə də ildən-ilə su çatışmamazlığı problemi artmaqdadır. Çünki insanlar və bütün canlılar yalnız şirin sudan istifadə edə bilir. Təbii suların çox hissəsi isə şordur. Bizə məlumdur ki, su təbiətdə daim dövran edir. O yer səthindən göyün üst qatlarına yığılır, sonra yağış, qar və dolu şəklində yerə qayıdır. Qışda hər yeri yorğan kimi bürüyən qar, küçələri örtən buz, yazda hər yerə ruzi-bərəkət bəxş edən yağış, yayın qızmar çağında ürəyi sərinləşdirən də sudur. Suyun gözəlliyini rəssamlar öz tablolarında, şairlər şeirlərində açıq surətdə göstərmişlər. Məsələn , M.Müşfiq yazıb:
Yağış yağır, rəqs eyləyir gur damlalar
İnci-inci, sıra-sıra nur damlalar.
Əbəs yerə, suyu nura bənzətməyiblər. Elə ona görə də gündəlik həyatımızda ən çox istifadə etdiyimiz şey də sudur. Axı, insanlar suyun əhəmiyyətini hələ çox qədimdən dərk etmiş və ona yüksək qiymət vermişlər. Ölkəmizdə yazın gəlişindən qabaq çərşənbələri qeyd edirlər. Məhz bunlardan biri də su çərşənbəsidir. Bu çərşənbədə səhər tezdən insanlar axar su üstünə gedər, ordan tullanar, təmiz sudan evə apararlar. Həmin su ilə evləri təmizləyərlər.
Hamı bilir ki, hər gün xeyli miqdarda istifadə etdiyimiz bizə və canlılara həyat verən su göründüyü qədər də çox deyil. Havanın və torpağın çirklənməsi insan üçün nə qədər təhlükədirsə, suyun çirklənməsi ondan da böyük təhlükə sayılmalıdır, çünki suyun tərkibində müxtəlif zəhərli kimyəvi maddələr, ona qarışan tullantılar canlıları asanlıqla zəhərləyə və xəstəliklər törədə bilir.
Müasir dövrdə əhalinin sürətlə artması və dünya təsərrüfatının inkişafı suya tələbatı artırır. Amma bu gün ürək yanğısı ilə deyə bilərəm ki, dünya su qıtlığından əziyyət çəkdiyi halda bizə verilən bu gözəl nemətin qədrini bilmir, su ehtiyatlarından düzgün istifadə etmir, suyun çirklənməsinin qarşısını almır, bəzən də özümüz bilərək özümüzə təhlükə mənbəyi yaradırıq. Bu gün çirkləndirdiyimiz suların nəticəsidir ki, atmosferdə ekologiya pozğunluğu yaranıb.
Biz dağlıq ərazidə yaşayırıq. Dağlarımızda diş donduran bulaqların, şırıltısı bir nəğmə təsiri bağışlayan kiçik çayların, daşla suyun vəhdətindən yaranmış şəlalələrin suyu olmasa ancaq adları qalacaq. Evlərimizə axan suya da qənaətlə yanaşmalı və onun bütün insanların sərvəti olduğunu unutmamalıyıq.
AMEA Folklor İnstitutunun dissertantı Əliyev Dadaş
Yorumlar
Yorum Gönder