ABŞ-ın Yale Universitetinin alimləri kapuçin meymunlarına pulla davranmağı öyrədincə, çox maraqlı nəticələr əldə olundu.
Meymunlar insanlar təki pulları hesablayaraq xərcləməyə başladılar, sonra isə pul müqabilində özlərini başqa meymunlara satmağa başladılar.
Universitetin iqtisadçısı Keyt Çen və psixoloq Lauri Santos dünyanın ən tez əhilləşən və təlim edilən meymunları olan kapusin meymunlarına pulla davranmağı öyrənmək istədilər.
"Kapusinlər yemək yemək və cütləşməyə meylli kiçik beyinə sahib meymunlardır. Qarşılarına çıxan hər qidanı yeyirlər. Onları səhərdən axşama qədər yemləmək olar: yediklərini qusub, təkrarən yemək üçün yanınıza gələcəklər"- Santos deyib.
Alimlər meymunlara pulla davranmağı, pulun müqabilində üzüm, alma və marmelad almağı öyrətdilər.
Çen kapuçin meymunlara gerçək pul əvəzinə ortası deşik gümüş disklər verdi. Meymunlara disklərdən meyvə ala bilmək üçün istifadə etmək 7 aya öyrədildi,
Təlimlər başa çatandan sonra meymunlara 12 disk verildi.
Onlara əvvəlcə üzüm və alma, sonra isə marmelad təklif edildi.
Meymunlar "pul"larını hesablayarkən insanlara mükəmməl dərəcədə bənzəməyə başladılar. Daha çox marmelad almaq istəyən meymunlar üzümə qənaət etməyə başladılar. Daha sonra meymunlara qumar oynamaq öyrədildi.
"Onlar qumar oynayanda insanlar kimi davranır, insan kimi sarsaq qərarlar verirdilər. Statisika baxımından isə onları birja brokerlərindən fərqləndirmək çətin idi" - Çen deyir.
Meymunlar alış-veriş və qumarla yanaşı, disklərdən başqa məqsədlərlə də istifadə etməyə başlayıblar. Belə ki, iki meymun daha çox pul əldə etmək üçün özlərini başqa meymunlara "təklif" etməyə başlayıblar və cütləşmə müqabilində həmin meymunların pullarını alıblar.
Cütləşmə başa çatan kimi həmin meymunlar qaçaraq pulları veriblər və üzüm alıblar.
Bəzi meymunlar gümüş disklərin saxlandığı səbətlərə hücum edib, bəziləri "pul"ları oğurlamağa çalışıb.
Yorumlar
Yorum Gönder