Ana içeriğe atla

Kayıtlar

Lahıclılar etiketine sahip yayınlar gösteriliyor

Lahıc Alimleri - Nadir Baba oğlu İbrahimov

Məşhur astronom,fizika-riyaziyyat elmləri namizədi. 1933-cü ildə Lahıc qəsəbəsində misgər ailəsində anadan olmuşdur. Təhsilinə Lahıc məktəbində başlamış, sonralar ailəsi ilə birlikdə Quba şəhərinə köçmüşdür. Nadir İbrahimov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirərək Şamaxı Astrofizika Rəsədxanasında işləməyə başlayır. Nadir İbrahimov Rəsədxanaya gəldiyi vaxtdan Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olur. O, 1966-cı ildə Ukrayna EA-nın akademiki N.P.Barabaşovun rəhbərliyi ilə Xarkovda "Marsın inteqral spektrometriyası" mövzusunda dissertasiya müdafiə edir. Bakı Dövlət Universitetini bitirdikdən sonra Şamaxı Astrofizika Rəsədxanasında işləməyə başlamışdır.  Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının astrofiziki olmuşdur. Nadir İbrahimovun adı Mars planetinin xəritəsində "İbrahimov krateri" kimi əbədiləşdirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyas

Lahıc Alimleri - Hafiz Mütəllim oğlu Əlimərdanov

Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Alitsiklik birləşmələr" laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanov ... Hafiz Mütəllim oğlu Əlimərdanov 1948-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Hafiz Əlimərdanov – neft-kimya sintezi sahəsində tanınmış alimlərdən biridir. O, 1948–ci ildə anadan olmuş, 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnistitunun aspiranturasına daxil olmuş, 1975-ci ildə “Tsiklopentanon və onun homoloqlarının C5-C8 alfa olefinlərə birləşmə reaksiyasının tədqiqi və heptiltsiklopentanonun alınma prosesinin işlənib hazırlanması” mövzusunda namizədlik, 1993-cü ildə isə “Beş və altıüzvlü alitsiklik karbohidrogenlərin oksid və seolit katalizatorlarının iştirakı ilə tsikloolefinlərə oksidləşdirici dehidrogenləş

Lahıc Alimleri - Şövkət Şahbaz qızı Səlimova (Azərbaycanın ilk qadın gəmi kapitanı)

Şövkət Şahbaz qızı Səlimova ilk azərbaycanlı qadın gəmi kapitanı, iqtisad elmləri namizədi, dosent, ictimai xadim, II Dünya Müharibəsinin iştirakçısıdır. 1920-ci il dekabrın 25-də ismayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Lahıc məktəbini bitirdikdən sonra 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. O, həm də dünyanın ilk qadın gəmi kapitanı olaraq tanınır. 1954-74 illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitunda dosent, prorektor və kafedra müdiri, 1964 ildən Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri işləmişdir. "Qırmızı Ulduz" və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif edilmişdir. 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Lahıc Alimleri - Ağa Mir Abbas Mir Qədirov

Lahıcda müasir tipli rus-tatar məktəbi 1888-ci ildə yaradılmışdır. Bu məktəbin artıq 128 yaşı vardır. Lakin bu o demək deyildir ki, bundan əvvəl Lahıcda məktəb olmamışdır.  Lahıcda məktəbin tarixi 1000 ildən çoxdur. Bu məktəblər əsasən dini məktəblər olmuşdur. Lakin burada da dünyavi elmlər tədris olunmuşdur. Həmin dövrlərdə Lahıcda xeyli alimlər də yetişmişdir. O vaxt təhsilin ən yüksək mərtəbəsi Nəcəf şəhərində təhsil almaq olmuşdur ki, bu təhsilin müddəti 25 il olmuşdur. Nəcəfi qurtaranların hərəsi elmin bir sahəsi üzrə alim adı alırlarmış. Dəqiq olmayan mənbələrə görə Lahıcdan Nəcəfdə oxuyanların sayı 35 nəfərə qədər olmuşdur.  Şəkildə gördüyünüz Ağa Mir Abbas Mir Qədirov -dur. O, 25 il Nəcəfdə təhsil aldıqdan sonra Azərbaycana qayıtmışdır. O, fəlsəfə sahəsində təhsil almışdır. İkinci Dünya Müharibəsindən sonra Lahıcdan Gəncəyə köçmüş və uzun müddət Gəncə və Gəncbasarın axundu olmuşdur (bəzən Şeyxülislam adlanmışdır). Bu zonada böyük nüfuza malik olmuşdur. 1956-cı

Lahıc Alimleri - Akademik Soltan Cəfər oğlu Mehdiyev

Lahıcı məşhur edən həm də onun alimləridir. Aparılan tam olmayan hesablamalara görə Lahıc alimlərinin sayı 500 nəfərdən çoxdur. Əlbəttə Lahıc alimlərinin flaqmanı Akademik Soltan Cəfər oğlu Mehdiyevdir. Soltan Mehdiyev kimya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur. Soltan Mehdiyev Akademik Yusif Məmmədəliyev, Akademik Əli Quliyev və başqa dünya şöhrətli kimyaçı alimlərlə çiyin-çiyinə çalışmış, yüksək oktanlı aviasiya benzininin kəşf edilməsində müstəsna rol oynamışdır. O, şox böyük elmi irs qoyub getmişdir. Onun yetirmələri hazırda Azərbaycanın aparıcı kimyaçılarıdırlar. Azərbaycan Milli Elmlər Akademiyasının  Yusif Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunda Soltan Mehdiyevin çalışdığı laboratoriya bu gün onun adını daşıyır. Soltan Mehdiyev alimlər nəslindəndir: Onun dörd oğlu alim olmuşlar. Qardaşları Ağa Mehdiyev xalq rəssamı, Əlövsət Mehdiyev tibb elmləri doktoru, professor olmuşlar. 2012-ci ildə S

Lahıc Turizm İnformasiya Merkezi

Lahıc Azərbaycan Respublikasının İsmayıllı rayonu ərazisində, Bakı şəhərindən şimal-qərbdə 180 km aralıda yerləşən qəsəbədir. Bura  Bakı-İsmayıllı avtomobil yolunun İsmayıllıya 12 km qalmış sağa dönüb 19km qət etməklə gəlmək olar. Yolları dağlar qoynundan keçir. Lahıc qədim yaşayış məskənidir.  Tarixi miladdan əvvəl  IV əsrə gedib çıxır. Lakin tarixi mənbələrdə onun haqqında məlumarlara IX əsrin əlyazmalarında rast gəlinir. Məlum olur ki, onun yaşı 2000 ilə yaxındır. Burada Sasanilərdən əvvəl qədim alban tayfaları yaşamış, lakin sonralar IV-VI əsrlərdə Lahıc ərazisində İrandan köçürülmüş minlərlə ailə məskunlaşmışdır. Köçürülmüş gəlmə əhali sayca çox olduğundan yerli əhalinin dilində, adət ənənələrində, yaşayış tərzində əsaslı dəyişiklik baş vermişdir. Hal-hazırda  yerli əhali lahıclılar, onların dili Lahıc dili adlanır. Lahıc dili İran mənşəli olan tat dilinin güclü deformasiyalara uğramış şəklidir. Bu dildə tat dilindən fərqli olan cəhətlər (boğaz səsləri və fərqli sözlər) çoxdur.

Sənətkarlar Yurdu Qədim Lahıcın Novruz Ənənələri

Dünyada baş verən  qlobal dəyişikliklərin və qloballaşma adlandırılan bir prosesin fonunda Azərbaycan xalqının ənənəvi məişət və mədəniyyət məsələlərinin tədqiqi milli özünütəsdiq və özünütanıtma baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Azərbaycan xalqının etnokulturoloji məsələlərinin öyrənilməsi elmimizin humanitar istiqamətində geniş vüsət alıb. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki , tədqiqat obyektinin təkcə böyük bir etnos kimi Azərbaycan xalqının deyil , həm də Azərbaycan  ərazisində kompakt şəkildə yaşayan milli azlıqların olmasıdır.  Bu baxımdan Azərbaycanda yaşayan talış, ləzgi ,tat , lahıc , xınalıq , avar , udin və digər azsaylı xalqların məişəti və mədəni həyatının  özünəməxsusluqları  həm yerli , həm də xarici alimlərin maraq dairəsinə daxil olmuş və folkloristika elmində  yeni bir istiqamətin yaranmasına səbəb olmuşdur.Azərbaycanda yaşayan xalqların birgə yaşayışı onlar üçün ortaq mənəvi dəyərlərin formalaşmasına, əksər bayramların və digər mərasimlərin birgə