Ana içeriğe atla

Kayıtlar

Lahıc etiketine sahip yayınlar gösteriliyor

Lahıc Alimleri - İbrahim Səfər oğlu Müslümov

Əməkdar Elm Xadimi İbrahim Səfər oğlu Müslümov 1922-ci ildə Lahıcda anadan olmuşdur. Lahıc məktəbində təhsilini başa vurandan sonra 1940-cı ildə pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Bundan sonra Abşeronun Zabrat kəndində ibtidai məktəbin müdiri işləmişdir. Elə buradan da cəbhəyə yola düşmüşdür. 1941-ci ildə cəbhəyə gedən İbrahim 1945-ci ildə evə qayıdır. Bir neçə dəfə yaralanmış, orden və medallarla təltif olunmuşdur. Cəbhədən qayıtdıqdan sonra Leninqrad Universitetinə oxumağa göndərilir və buranı əla qiymətlərlə bitirir. 1951-ci ildən pedaqoji fəaliyyətə başlayır.M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı institutunda işləməklə eyni zamanda Ümumittifaq Qiyabi Hüquq İnstitutunda mühazirələr oxuyur. 1956-cı ildə M.V.Lomonosov adına MDU-da namizədlik dissertasiyası müdafiə etmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru , professor alimlik dərəcəsi alır. Müharibədə "Qırmızı U

Lahıc Alimleri - Rəsul Ənvər oğlu Balayev

Rəsul Balayev 1956-cı ilin avqustun 2-də Lahıc qəsəbəsində аnаdаn оlmuşdur. Lahıc məktəbini bitirdikdən sonra 1973-1978-ci illərdə D.Bünyаdzаdə аdınа Аzərbаycаn Хаlq Тəsərrüfатı İnstitutunda oxumuş, institutu «İqtisаdi məlumаtlаrın mехаniкi üsullа işlənməsinin təşkili» iхtisаsı üzrə fərqlənmə diplоmu ilə bitirmişdir. 1978-1981-ci illərdə Ümumittifаq Еlmi-Тədqiqаt Lаyihə-Техnоlоji İnstitutunun Azərbaycan filialında işləmişdir. 1981-1984-ci illərdə D.Bünyadzadə adına Аzərbаycаn Хаlq Тəsərrüfаtı İnstitutun əyani aspiranturasında təhsil almışdır. 1987-ci ildə Аzərbаycаn ЕА Kibеrnеtikа İnstitutunun İхtisаslаşdırılmış Şurаsındа dissеrtаsiyа müdаfiə еdərəк iqtisаd еlmləri nаmizədi аlimlik dərəcəsi аlmışdır. 2001-ci ildə dissеrtаsiyа müdаfiə еdərək iqtisаd еlmləri dоktоru аlimlik dərəcəsi аlmışdır.  1985-1989-cu illərdə D.Bünyаdzаdə аdınа АzХТİ-də еlmi işçi, dаhа sоnrа Аzərbаycаn Dövlət İqtisаd Univеrsitеtində müəllim, bаş müəllim, dоsеnt işləmişdir. Bir neçə il həmin u

Lahıc Alimleri - Qani Mirzəməmməd oğlu Məmmədov

Görkəmli alim, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor Məmmədov Qani Mirzəməmməd oğlu... 1925-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində misgər ailəsində anadan olmuşdur. Lahıc məktəbini bitirmişdir. Azərbaycan Sənaye İnstitutunun inşaat fakültəsini və Moskva İnşaat Mühəndisləri İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutda aspiranturanı bitirmiş və namizədlik diserta-siyasını müdafiə etmişdir. 1953-cü ildə onu Azərbaycana dəvət edirlər və elə o vaxtdan Politexnik İnstitutun-da inşaat konstruksiyaları kafedrasının dosenti, 1960-cı ildən dəmir-beton kafedra-sının müdiri işləmişdir. Müxtəlif illərdə həmin institutda tədris işləri üzrə prorektor, dekan, elmi-tədqiqat şöbəsinin müdiri işləmişdir. Bakıda, indiki Azadlıq meydanı ətrafında və Azərbaycanın digər yerlərində bir sıra çoxmərtəbəli binaların layihəsini vermişdir. 1980-ci ildə ona “ Əməkdar Elm Xadimi ” fəxri adı verilmişdir.

Lahıc Alimleri - Mirdaməd Mirsadıq oğlu Sadıqov

Lahıcın fexri, Böyük alim, Əməkdar Elm Xadimi, İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı Mirdaməd Sadıqov... Mirdaməd Sadıqov 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxuyub, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakultəsinin “Maliyyə” ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakultəni əla qiymətlərlə bitiribr. O, elə həmin ildə də İnsititutun “Maliyyə-kredit” kafedrasına işə qəbul olunub, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş pereporator, 1972-ci ildən 1977-ci ilə qədər “laborant” və “baş laborant” vəzifəsinə təyin edilib. 1977-ci ilin noyabr ayının 2-də Azərbaycan Xalq Təsərrüfatı İnsititutunun Komsomol komitəsinin katibi seçilib və 1982-ci ilin sentyabr ayının 10-dək bu vəzifədə çalışıb. 1973-cü ildən 1977-ci ilə qədər həmin insititutun “Maliyyə-kredit” kafedrasının aspiranturasında oxuyub və Moskva

Lahıc Alimleri - Manaf Fərəc oğlu Süleymanov

Manaf Süleymanov yazıçı, nasir, tərcüməçi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədidir. (1942) 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Lahıc məktəbində təhsil aldıqdan sonra Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirmiş (1930), sonra M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsində təhsil almışdır (1932-1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını almışdır. Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlamışdır. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olmuşdur. O, 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi fəxri adına layiq görülmüşdür. Manaf Süleymanov eyni zamanda " Azerbaycan Diyarı-Lahıc-Etnoqrafik-Bedii Lövheler " adlı Lahıcla bağ

Azerbaycan Diyarı - Lahıc-Etnoqrafik - Bedii Lövheler - Manaf Süleymanov

Manaf Faraj oglu Suleymanov (Azerbaijani: Manaf Fərəc oğlu Süleymanov; 3 March 1912, Lahich – 12 September 2001, Baku) was a famous Azerbaijani writer, translator and historian. Manaf Suleymanov was born in 1912, in the village of Lahich in Azerbaijan. He graduated from the Azerbaijan Oil and Chemistry Institute with honours and worked in the Azerbaijan Institute of Industry as an assistant professor. In 1942 he completed his PhD in Geology (kandudat geologo-mineralogicheskikh nauk). Mr. Suleymanov then lectured at several Azerbaijani universities. As well as for his academic contributions Manaf Suleymanov is well known in Azerbaijan for his literary work. He wrote several acclaimed novels. Mr. Suleymanov also translated from English to Azerbaijani literary works by Jack London, Somerset Maugham, O. Henry, John Steinbeck, Peter Abrahams and many others. Manaf Suleymanov undertook historical studies as well. His renowned book What I Heard, What I Saw, What I Read (Past Days i

Lahıc Alimleri - Böyük Əruzşünas Əkrəm Cəfər

Əkrəm Cəfər 1905-ci ilin may ayında İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyur. 1920-ci ilni oktyabrında Bakıya gələrək "Darlmüəllimin"ə daxil olur. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış etmişdir. 1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilmişdi. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə girmiş, 1932-ci ildə oranı bitirmişdir. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanmış və aspiranturaya qəbul edilmişdir. Ə. Cəfər təhsil almaqla yanaşı 1929-1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olmuşdur. O, M. Qorki adına Ədəbiyyat